Dünya
Şoyqudan İrəvana sərt ittiham: "Ermənistanda açıq şəkildə ikili standartlar tətbiq olunur"
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkənin milyardlarla sərmayə yatırdığı Ermənistandakı müəssisələrə qarşı nümayiş etdirilən münasibəti reyder qəsbi kimi qiymətləndirib. Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir. "Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə qarşı qeyri-dost münasibət və açıq şəkildə ikili standartlar tətbiq olunur. Rusiyanın milyardlarla həcmdə investisiya qoyduğu müəssisələr və bütöv sənaye sahələri ilə baş verənləri reyder hücumundan başqa cür adlandırmaq çətindir", - deyə o, Təhlükəsizlik Şurasının elmi-ekspert şurasının rəyasət heyəti üzvlərinin müşavirəsində çıxışı zamanı bildirib. "Bununla belə, ortaya atılan iddialar tamamilə absurd xarakter daşıyır. Məsələn, guya Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmağa davam etməsi halında rəsmi İrəvanın beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını itirdiyi iddia edilir", - deyə Şoyqu sözlərinə əlavə edib.
Mənbə
oxu.az