İdman

Antonio Konte yenidən İngiltərə Premyer Liqasına qayıda bilər

17 Sep 2026, 03:31 5 baxış
Antonio Konte yenidən İngiltərə Premyer Liqasına qayıda bilər
İtaliyalı mütəxəssis Antonio Konte yenidən İngiltərə Premyer Liqasında çalışa bilər. Oxu.Az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis "Mançester Yunayted"in baş məşqçi postuna namizədlərdən biridir. "Mançester Yunayted"in mövsümə uğursuz başlamasından sonra klub rəhbərliyinin baş məşqçi dəyişikliyini nəzərdən keçirdiyi bildirilir. Maykl Karrik vəzifəsindən ayrılacağı təqdirdə Konte onu əvəz etməyə əsas namizədlərindən biri ola bilər. Hazırda klubsuz olan Konte bu ilin yayında "Napoli" ilə əməkdaşlığını vaxtından əvvəl başa vurub. İtaliyalı mütəxəssis yeni işə qayıtmağa tələsmir və ambisiyalarına uyğun layihə gözləyir. Qeyd edək ki, Konte daha əvvəl İngiltərədə "Çelsi"yə rəhbərlik edib. O, 2016-2018-ci illərdə London klubunda çalışıb və 2016/17 mövsümündə komandanı Premyer Liqanın çempionu edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər