İdman

UEFA Avropa Liqası: "Benfika" "Milan"ı susdurdu, "Bayer" üç xalı iki qolla qazandı - VİDEO

17 Sep 2026, 01:04 6 baxış
UEFA Avropa Liqası: "Benfika" "Milan"ı susdurdu, "Bayer" üç xalı iki qolla qazandı - VİDEO
UEFA Avropa Liqasında 2026/2027 mövsümünə start verilib. Oxu.Az xəbər verir ki, ümumi mərhələnin ilk turunda doqquz qarşılaşma baş tutub. Turun mərkəzi görüşü "Milan" (İtaliya) və "Benfika" (Portuqaliya) komandaları arasında keçirilib. Dodi Lukebakio və Yakub Kaminskinin qolları qonaqlara səfər qələbəsi qazandırıb - 0:2. "Bayer Leverkuzen" (Almaniya) - "Selye" (Sloveniya) matçında da eyni hesab qeydə alınıb. Lakin bu görüşdə gülən tərəf ev sahibləri olublar - 2:0. Svit Seşların avtoqolu və Fakundo Medinanın dəqiq zərbəsi "Bayer Leverkuzen"ə üç xal qazandırıb. Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb: "Ararat-Armeniya" (Ermənistan) - "Sparta Praqa" (Çexiya) - 1:4; "Omoniya" (Kipr) - "Selta" (İspaniya) - 1:0; "Şturm Qraz" (Avstriya) - "Renn" (Fransa) - 0:0; "Anderlext" (Belçika) - "Lion" (Fransa) - 1:2; "Olimpiakos" (Yunanıstan) - "Yaqelloniya" (Polşa) - 2:1; "Hapoel Beer-Şeva" (İsrail) - "Dinamo Zaqreb" (Xorvatiya) - 0:0; "Sanderlend" (İngiltərə) - "AZ Alkmaar" (Niderland) - 1:0.
Mənbə oxu.az

Oxşar Xəbərlər