Dünya

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

17 Sep 2026, 05:00 2 baxış
Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir
"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mən güclü püskürmələrdən daha çox süni intellektlə bağlı narahatlıq keçirərdim", - deyə o bildirib. Geoloq qeyd edib ki, ABŞ və Asiyadakı vulkanlar irimiqyaslı püskürmələrə daha çox meyllidirlər. O, Los-Ancelesdəki Lonq-Valli vadisini və Yelloustonu supervulkanlara aid edib, həmçinin güclü püskürmələrin Alyaskada da baş verdiyini vurğulayıb. Alim izah edib ki, əhaliyə təsir edə biləcək böyük püskürmələr qarşısında insanlar həssasdırlar. Lakin hazırda vulkanlardakı dəyişiklikləri izləməyə və püskürmələri əvvəlcədən proqnozlaşdırmağa imkan verən texnologiyalar yaradılıb. "Süni intellekt potensial olaraq vulkanlardan daha böyük ekzistensial təhlükə yaradır", - deyə Sims əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər