İdman
"Qəbələ" Elvin Camalovu heyətinə qatdı - RƏSMİ
"Qəbələ" klubu heyətinə yeni futbolçu cəlb edib. Oxu.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Neftçi"dən ayrılan Elvin Camalovla 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, "Qəbələ" Akademiyasının yetirməsi olan 31 yaşlı oyunçu komandanın əsas heyətində 132 oyun keçirib.
Mənbə
oxu.az