Dünya
Britaniya kəşfiyyatının mayoru Ukraynada qəzada həlak oldu - FOTO
Böyük Britaniya Kəşfiyyat Korpusunun mayoru Ukraynada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi bəyanat yayıb. Britaniya hakimiyyəti insident barədə ilk dəfə sentyabrın 14-də məlumat verib. Bildirilib ki, hərbi qulluqçu sentyabrın 12-də həyatını itirib. Çərşənbə günü Britaniya Müdafiə Nazirliyi həlak olan şəxsin 40 yaşlı mayor Pol Uilks olduğunu dəqiqləşdirib. O, Kral Hərbi Akademiyasını bitirdikdən sonra Britaniya ordusunun Kəşfiyyat Korpusunda xidmətə başlayıb. Xidmət illəri ərzində Uilks, xüsusilə, Əfqanıstana ezam olunub.
Mənbə
oxu.az