Dünya
Kiyevdə Zelenskayanın fonduna PUA zərbələri
Rusiya ordusu Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın fondunun Kiyevdə yerləşən anbarına "Şahed" pilotsuz uçuş aparatları ilə zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə təşkilat "Facebook" səhifəsində məlumat yayıb. "Anbar tamamilə yanıb. Ən əsası isə insanlardan heç kim xəsarət almayıb", - deyə məlumatda bildirilib. Qeyd olunur ki, generatorlar, məişət texnikası, noutbuklar, planşetlər, elektron kitablar və tibbi avadanlıqlar tamamilə yanıb. Məlumata görə, anbarda fondun aldığı və tərəfdaşlarından əldə etdiyi humanitar yardım saxlanılırdı. Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Kiyevə hücumu nəticəsində Ukrayna lideri Volodimir Zelenskinin həmtəsisçilərindən biri olduğu "Kvartal 95" studiyasının rekvizitlərinin saxlanıldığı anbarın məhv edildiyi məlum olub. Həmin obyekt də Kiyevdə yerləşirdi.
Mənbə
oxu.az