Cəmiyyət

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

16 Sep 2026, 22:32 4 baxış
Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur.


Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.


Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,1 % çoxdur.


Qeyd edək ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər