Dünya
Rusiya vətəndaşları ABŞ-də terrora hazırlaşırdılar? - Baş prokurordan sərt ittiham
Birləşmiş Ştatların baş prokuroru Todd Blanş Rusiya kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən bir neçə Rusiya vətəndaşına qarşı ittihamların irəli sürüldüyünü bəyan edib. Onlar terrorizmin maliyyələşdirilməsində və dünya miqyasında qətllər törətmək məqsədilə əlbir olmaqda günahlandırılırlar. Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" xəbər yayıb. Blanşın sözlərinə görə, Nyu-Yorkun Cənub dairəsində məxfiliyi ləğv edilmiş ittihamnamə ölkənin kəşfiyyat orqanlarında çalışmış Rusiya vətəndaşlarına aiddir. Onlara qarşı terrora maliyyə dəstəyi vermək və dünyanın müxtəlif yerlərində qətllərin təşkili ilə bağlı əlbir olmaq ittihamları irəli sürülüb. Baş prokuror bildirib ki, sənəddə həmçinin qrupun Vaşinqton ərazisində olduğunu düşündükləri rusiyalı dissidenti qətlə yetirmək cəhdləri barədə məlumatlar yer alıb. Blanş bu bəyanatla Ağ Evin Qızılgül bağında keçirilən mətbuat konfransında çıxış edib. Təqsirləndirilən şəxslərin kimliyi və işin materialları hələlik ictimaiyyətə açıqlanmayıb. Xatırladaq ki, 2026-cı ilin yanvarında ABŞ onlarla rusu ölkədən çıxarıb - sığınacaq verilməsindən imtina edilmiş Rusiya vətəndaşları və digər qaçqınların olduğu ilk deportasiya reysi Moskvaya yola düşüb.
Mənbə
oxu.az