Digər

Lavrovdan İrəvana xəbərdarlıq: Bunu etməyəcəyik!

16 Sep 2026, 20:33 5 baxış
Lavrovdan İrəvana xəbərdarlıq: Bunu etməyəcəyik!

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Avropa Birliyinə üzvlük istiqamətini və bununla bağlı məsələləri müzakirə etmək üçün ayrıca ikitərəfli görüş keçirmək barədə razılığa gəlib.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.


“Prezident Putin və Baş nazir Paşinyan Bişkekdə görüşdülər. Onlar bütün bunları açıq şəkildə müzakirə etmək üçün ayrıca ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər”, – deyə Lavrov vurğulayıb.


Onun sözlərinə görə, görüş daha sonra baş tutacaq. Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva Ermənistanın tərəfdaşlarını və inkişaf istiqamətini seçməsinə mane olmaq niyyətində deyil.


Bununla belə Lavrov bildirib ki, Rusiya Ermənistanın Avropa Birliyinə üzvlüyə hazırlığını ölkəyə verilən güzəştlər hesabına maliyyələşdirmək niyyətində deyil.


Qeyd edək ki, Putin və Paşinyan sentyabrın əvvəlində Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.

Mənbə axar.az

Oxşar Xəbərlər