Digər

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün belə yardım edib

16 Sep 2026, 19:47 2 baxış
Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün belə yardım edib

Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi üçün kəşfiyyat məlumatları verib.


Axar.az xəbər verir ki, bu barədə CNN iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.


Qeyd olunub ki, hədəflər arasında Səudiyyə Ərəbistanındakı strateji əhəmiyyətli “Prince Sultan” aviabazası da olub. İranın martın 27-də həmin bazaya endirdiyi zərbə nəticəsində ABŞ-ın AVACS radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi zədələnib, 12 amerikalı hərbçi yaralanıb.


Həmçinin, vurğulanıb ki, peyklər vasitəsilə yalnız adi görüntülər deyil, həmçinin radio və radiolokasiya siqnallarının ələ keçirilməsi, istilik izlərinin xəritələndirilməsi kimi digər kəşfiyyat məlumatlarının da əldə edilməsi mümkün olub.

Mənbə axar.az

Oxşar Xəbərlər