Dünya

İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarıb

16 Sep 2026, 19:37 3 baxış
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarıb
İsveç Xarici İşlər Nazirliyi İran səfirini çağırıb. Nazirlikdə ona İranın Stokholmdakı səfirliyinin əməkdaşına ölkəni tərk etməyin təklif olunduğu bildirilib. Oxu.Az xəbər verir ki, bu barədə Krallığın Hökumət Dəftərxanası məlumat yayıb. "İranın İsveçdəki səfirliyinin əməkdaşına Diplomatiya münasibətləri haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlə əlaqədar ölkəni tərk etmək təklif olunub", - deyə bəyanatda bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər