Dünya
Çində təmir edilən əcnəbi yük gəmisində yanğın: Ölənlər var
Çin limanında xarici ölkəyə məxsus yük gəmisində yanğın hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayımlayıb. Çinin Sindao şəhərində yerləşən Beyhay tərsanəsində təmir prosesində olan əcnəbi yük gəmisində alovlanma meydana gəlib və bu yanğın xeyli sayda insan itkisinə səbəb olub. Su nəqliyyatı vasitəsinin konkret olaraq hansı ölkəyə məxsus olduğu hələ müəyyənləşdirilməyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər