Cəmiyyət

Səbinə Hacıyeva ermənilərin Azıx mağarasındakı qanunsuz əməllərindən danışıb

10 Sep 2026, 15:48 5 baxış
Səbinə Hacıyeva ermənilərin Azıx mağarasındakı qanunsuz əməllərindən danışıb
"İşğalın ilk illərində ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə ediblər". Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən "Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə doğru" müzakirədə deyib. Onun sözlərinə görə, sonrakı illərdə xarici şəxslərin də iştirakı ilə burada qanunsuz qazıntı işləri aparılıb və Azıx mağarasından tapılan çox sayda nümunə ərazidən çıxarılıb: "Azərbaycan işğalın nəticələrinin öyrənilməsi və belə bir vəziyyətdə hansı addımların atılmalı olduğu baxımından ən uyğun nümunədir. Çünki prosesin içində olduğunuz zaman təzyiq altında qalırsınız, abidələrinizi görə, doğma torpaqlarınızla bir arada ola bilmirsiniz".
Mənbə oxu.az

Oxşar Xəbərlər