Samvel Karapetyan Paşinyanı məhkəməyə verdi
“Güclü Ermənistan” partiyasının lideri və iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanı məhkəməyə verib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Karapetyan Paşinyandan açıq şəkildə üzr istəməsini və 3 milyon dram (təxminən 8 min dollar) təzminat ödəməsini tələb edir.
Karapetyan həmçinin Paşinyanın mayın 29-da səsləndirdiyi fikirləri canlı yayımda və ya sosial şəbəkə hesabında təkzib etməsini istəyir.
Bildirilib ki, iddianın səbəbi Paşinyanın Karapetyanla bağlı “məhkəmədə onu göbələklə yedizdirəcəyəm” ifadəsini işlətməsi olub.
Paşinyan daha əvvəl Karapetyana qarşı iki iddia qaldırıb və hər iki iş üzrə təkzib və 6 milyon dram təzminat tələb edib.