Dünya

Özgür Özel Ərdoğana 800 min lirə təzminat ödəyəcək - Məhkəmə qərarı

10 Sep 2026, 15:37 3 baxış
Özgür Özel Ərdoğana 800 min lirə təzminat ödəyəcək - Məhkəmə qərarı
"Özgür Özel prezidenti hədəf alan iddialarına və təhqiramiz ifadələrinə görə ümumilikdə 800 min lirə mənəvi təzminat ödəməyə məhkum edilib". Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında məlumat yayıb. "Ankara 44-cü Asliye Məhkəməsi bugünkü iclasında Özgür Özelin 13 avqust 2025-ci ildə Mərmərə Həbsxanasının özündə etdiyi çıxışa görə 200 min lirə, yenə 13 avqust 2025-ci ildə Cümhuriyyət Xalq Partiyasının təşkilatçılığı ilə İstanbulun Bayrampaşa rayonunda baş tutan "Millət İradəsinə Sahib Çıxır" mitinqindəki nitqinə görə 300 min lirə və 18 avqust 2025-ci ildə Aydında keçirilən mitinqdəki sözlərinə görə 300 min lirə olmaqla, mənəvi təzminat qərarı çıxarıb", - deyə açıqlamada qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər