İdman

"Beşiktaş"ın sabiq futbolçusu Azərbaycan klubunda

08 Sep 2026, 01:11 28 baxış
"Beşiktaş"ın sabiq futbolçusu Azərbaycan klubunda

"Beşiktaş"ın sabiq futbolçusu Maharafa Tandina karyerasını Azərbaycanda davam etdirəcək.


Axar.az Fanat.az-a istinadən xəbər verir ki, 29 yaşlı malili yarımmüdafiəçi 1-ci Liqa təmsilçisi MOİK-ə qoşulacaq.


İstanbul nəhənginin U-21 və U-23 komandalarında çıxış etmiş Tandina ilə 1 mövsümlük müqavilə bağlanacağı gözlənilir.


Xatırladaq ki, nazirlik klubu bir müddət öncə "Araz-Naxçıvan"ın kolumbiyalı yarımmüdafiəçisi Alexandro Herreranı da icarəyə götürüb. MOİK ilk turda "Şahdağ Qusar"a 0-1 hesabı ilə məğlub olub.

Mənbə axar.az

Oxşar Xəbərlər