Dünya

İtaliyada gölün dibindən Tunc dövrünə aid qılınc tapıldı - FOTO

30 Sep 2026, 03:02 3 baxış
İtaliyada gölün dibindən Tunc dövrünə aid qılınc tapıldı - FOTO
İtaliyanın mərkəzində yerləşən Medzano gölünün dibində arxeoloqlar Tunc dövrünə aid yaxşı qorunmuş bürünc qılınc aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə regionun arxeoloji irsinin qorunmasına cavabdeh olan idarənin "Facebook" səhifəsində məlumat yayıb. Qılınc sentyabrın 28-də, Latsio vilayətinin şimalındakı vulkanik ərazidə yerləşən gölün sahilində aşkarlanıb. Bu, 1970-ci illərdən etibarən Medzano gölünün dibindən çıxarılan üçüncü qılıncdır. Gölün dibində təxminən e.ə. 1700-1150-ci illərdə mövcud olmuş, Tunc dövrünə aid dirəklər üzərində salınmış yaşayış məntəqəsinin qalıqları var. Arxeoloqlar gölün dibindən çıxan 600-dən çox taxta dirəyin yerini müəyyənləşdiriblər. Bu isə yaşayış məntəqəsinin yalnız təxminən üçdəbir hissəsini əhatə edir. Arxeoloqlar qılıncların gölə təsadüfən düşməsi ilə yanaşı, onların ayin məqsədilə suya atılmış ola biləcəyini də araşdırırlar. Medzano gölü arxeoloqlar üçün metal əşyalarla yanaşı, keramika, taxta məmulatlar, heyvan sümükləri, dəyirman daşları və tikili elementlərinin də qorunub saxlanılması baxımından əhəmiyyətlidir. Oksigenin az olduğu gil təbəqəsi əşyaların, xüsusilə bürünc nümunələrin yaxşı vəziyyətdə qalmasına şərait yaradıb.
{{gallery}}
İtaliyada gölün dibindən Tunc dövrünə aid qılınc tapıldı - FOTO İtaliyada gölün dibindən Tunc dövrünə aid qılınc tapıldı - FOTO İtaliyada gölün dibindən Tunc dövrünə aid qılınc tapıldı - FOTO İtaliyada gölün dibindən Tunc dövrünə aid qılınc tapıldı - FOTO İtaliyada gölün dibindən Tunc dövrünə aid qılınc tapıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər