Dünya

Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"

30 Sep 2026, 02:30 3 baxış
Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"
İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə keçiriləcək parlament seçkisi ərəfəsində İsrailə hücum cəhdlərinin ola biləcəyini deyib. Oxu.Az İsrailin "9-cu kanal"ına istinadən xəbər verir ki, Netanyahu bu barədə Tel-Nof aviabazasına səfəri zamanı danışıb. "Seçki ərəfəsində düşmənlərimizin bizə hücum etməyə cəhd göstərəcəklərinə dair əlamətlər var", - deyə Netanyahu bildirib. O, İsrailin istənilən təhdidə cavab verməyə hazır olduğunu vurğulayıb. "Bizimlə işiniz olmasın. Uzun əllərimiz sizi istənilən yerdə və istənilən vaxt tapacaq", - İsrail hökumətinin başçısı qeyd edib. Qeyd edək ki, İsraildə parlament seçkisi oktyabrın 27-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər