Dünya

Səudiyyə Ərəbistanında neft emalı zavodu vuruldu - FOTO - VİDEO

07 Sep 2026, 16:44 1 baxış
Səudiyyə Ərəbistanında neft emalı zavodu vuruldu - FOTO - VİDEO
Səudiyyə Ərəbistanının dövlət müəssisəsi olan "Saudi Aramco" şirkətinin Cizan əyalətində yerləşən neft emalı zavoduna hücum edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, neft obyekti bu gün hədəfə alınıb və hazırda dəyən ziyanın miqyası hesablanır. Bu yeni hücum, Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançılarının pilotsuz uçuş aparatlarından istifadə edərək həyata keçirdiyi əvvəlki zərbədən təxminən bir ay sonra baş verib. Mənbələrdən birinin sözlərinə görə, sonuncu hücum miqyasına görə ötən ay baş vermiş insidentlə eynilik təşkil edir. "Saudi Aramco"nun baş direktoru Əmin Nasser ötən ay qeyd etmişdi ki, bu cür hücumlar şirkətin əməliyyat fəaliyyətinə, eləcə də onun maliyyə vəziyyətinə ciddi təsir göstərməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər