İqtisadiyyat

Nazir müavini: "Azərbaycan 2032-ci ilədək 8 giqavatt bərpaolunan enerji gücü yaradacaq"

07 Sep 2026, 17:46 3 baxış
Nazir müavini: "Azərbaycan 2032-ci ilədək 8 giqavatt bərpaolunan enerji gücü yaradacaq"
"2032-ci ilə qədər quru və dənizdə 8 giqavatta yaxın bərpaolunan enerji gücləri yaratmağı planlaşdırırıq". Oxu.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakı İqlim Fəaliyyətİ Həftəsi çərçivəsində keçirilən "Regional əlaqəlilik üçün sərhədlərarası bərpaolunan enerji sertifikatları" adlı penel sessiyada deyib. O bildirib ki, bərpaolunan enerji istehsalı güclərinin yaradılması çağırışın yalnız bir hissəsidir: "Mərkəzi Asiyadan Avropaya qədər uzanan region boyunca enerji əlaqəliliyi coğrafiyanı sürətlə dəyişdirir. Daha çox interkonnektora sahib regional enerji sisteminin baxışı artıq 4 əsas dəhliz vasitəsilə konkret forma almaqdadır: - Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi - Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi - Azərbaycan-Türkiyə İnterkonnektoru - Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Enerji Dəhlizi. Biz həmin layihələri regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində inkişaf etdiririk. Bu, daha əlaqəli, təhlükəsiz və dayanıqlı gələcəyin qurulmasına olan birgə sadiqliyimizin inikasıdır. Qeyd olunan layihələr göstərir ki, həmən dəhlizlərin iştirakçısı olan ölkələr milli enerji strategiyalarından daha inteqrasiyalı regional enerji sisteminə doğru irəliləyirlər". O bildirib ki, Azərbaycan artıq bərpaolunan elektrik enerjisinin mənşəyinin sənədləşdirilməsi və izlənilməsi üçün milli mexanizm formalaşdırıb: "Regional yaşıl dəhlizlərimiz inkişaf etdikcə, növbəti prioritet milli sertifikatlaşdırma sistemləri arasında uyğunluğun və qarşılıqlı tanınmanın təmin edilməsidir. İnfrastrukturumuz getdikcə daha çox əlaqələndirilir, lakin sertifikatlaşdırma sistemləri hələ də fərqli standartlara, prosedurlara və rəqəmsal formatlara əsaslana bilər. Əgər bu sistemlər effektiv əlaqə qura bilməsə, sertifikatlaşdırma sərhədlərarası ticarət üçün bir maneəyə çevrilə bilər".
Mənbə oxu.az

Oxşar Xəbərlər