İdman

“Mançester Yunayted” - “Sabah” oyunu sükutla başlayacaq

07 Sep 2026, 17:55 4 baxış
“Mançester Yunayted” - “Sabah” oyunu sükutla başlayacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində bu həftə keçiriləcək ilk turun bütün oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.


Axar.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu qərar Nepalda daşqınlar nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.


Bundan başqa, komandalar meydana üzərində “Sən tək deyilsən, Nepal” şüarı yazılan pankartla çıxacaqlar.


Qeyd edək ki, “Sabah” “Mançester Yunayted” (İngiltərə) oyunu da bu həftə keçiriləcək. Sentyabrın 10-da “Old Trafford” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər