Siyasət

Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? - VİDEO

07 Sep 2026, 18:00 4 baxış
Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? - VİDEO
Son günlər Azərbaycanın Ermənistandan idxal həyata keçirməsi ilə bağlı məlumatlar yayılır. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu barədə danışsa da, əməliyyatın detallarını açıqlamayıb. Qeyd edək ki, Azərbaycan 2025-ci ildən başlayaraq bu ölkəyə ixrac həyata keçirir. 2025-ci ildə ixracın dəyəri 788.8 min dollar, 2026-cı ilin yanvar-iyul aylarında isə 17 milyon 372.1 min dollar təşkil edib. İxrac əsasən yanacaq məhsullarından ibarət olub. Bəs Ermənistan iqtisadiyyatının, o cümlədən ixracının strukturu Azərbaycana bu ölkədən əhəmiyyətli həcmdə idxal həyata keçirməyə imkan verir?

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, hazırkı mərhələdə Ermənistandan Azərbaycana daha çox sənaye xarakterli məhsulların idxalı mümkündür. O bildirib ki, gələcəkdə iki ölkə arasında ərzaq və gündəlik istehlak məhsullarının da alqı-satqısı mümkün ola bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər