İdman

Koxalskinin yeni klubu bəlli oldu

07 Sep 2026, 15:44 2 baxış
Koxalskinin yeni klubu bəlli oldu

Ağdamın "Qarabağ" klubu ilə yollarını ayırmağa hazırlaşan polşalı qapıçı Mateuş Koxalskinin karyerasını davam etdirəcəyi komanda müəyyənləşib.


Axar.az milli.az-a istinadla xəbər verir ki, qolkiper vətəninə qayıdaraq Krakovun "Vyeçista" klubu ilə razılığa gəlib.


Keçidin reallaşması nəticəsində Azərbaycan çempionunun büdcəsinə təxminən 500 min avro daxil olacağı gözlənilir.


Qeyd edək ki, "Qarabağ" 2024-cü ilin yay transfer pəncərəsində Mateuş Koxalskini heyətinə cəlb etmək üçün təxminən 1 milyon avro ödəyib.


Polşalı qapıçı Ağdam təmsilçisinin formasında keçirdiyi müddət ərzində ümumilikdə 76 matçda meydana çıxıb.

Mənbə axar.az

Oxşar Xəbərlər