Kriminal

Qubada kanaldan qadın meyiti tapıldı

07 Sep 2026, 16:52 1 baxış
Qubada kanaldan qadın meyiti tapıldı
Quba rayonunda kanaldan meyit tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Gədikqışlaq kəndi ərazisində baş verib. Belə ki, bu gün səhər saatlarında kanaldan ortayaşlı qadının meyiti aşkar edilib. Araşdırmalarla məlum olub ki, meyit Xaçmaz rayonunun Arzu kənd sakini, 1968-ci il təvəllüdlü Marina Bağırovaya məxsusdur. Məlumata görə, M.Bağırovanın əqli geriliyi olub və yaşadığı kənddə ehtiyatsızlıqdan kanala yıxılaraq boğulub. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər