Cəmiyyət
Xırdalanda şüşə balkon qırıldı, qadının başına töküldü - VİDEO
Xırdalanda eyvandan başına şüşə tökülən şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Qeyd olunub ki, sentyabrın 7-si saat 14:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən çağırış qeydə alınıb: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1978-ci il təvəllüdlü şəxsə (qadın) yerində tibbi xidmət göstərilib". Aygün Mirakif Xırdalanda təhlükəli hadisə baş verib. Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, binanın şüşə balkonunun bir hissəsi qırılaraq aşağıdan keçən qadının başına tökülüb. Qadının xəsarət aldığı bildirilir.
Mənbə
oxu.az