Cəmiyyət

Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur

07 Sep 2026, 16:55 2 baxış
Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.


Bu barədə Axar.az-a Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.


Bildirilib ki, Azərbaycan Hava Yolları QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.


Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə "Embraer E-190" təyyarələrindən istifadə edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər