Dünya
İran və Azərbaycan Nizami irsinin beynəlxalq səviyyədə tanıdılmasını müzakirə edib - FOTO
İranın mədəniyyət və islami irşad nazirinin mədəniyyət işləri üzrə müavini Möhsün Cavadi Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşüb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.
Məlumata görə, görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, ədəbi tədbirlər, kitab və nəşriyyat sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı mədəni mübadilə proqramlarının həyata keçirilməsi müzakirə olunub. Cavadi bildirib ki, İran və Azərbaycan arasında baş verən müxtəlif proseslərə baxmayaraq, mədəni əlaqələrin inkişafı davam etdirilməlidir. O, Tehranda keçirilən ədəbi həftələr və kitab sərgilərində Azərbaycan nümayəndə heyətlərinin və yazıçıların iştirakını yüksək dəyərləndirib. Azərbaycanın dahi şairi Nizami Gəncəvini "iranlı şair" kimi göstərməyə çalışan nazir müavini Gəncəvinin irsinin beynəlxalq səviyyədə təqdim olunmasını təklif edib. "Müasir dünyanın mənəvi mesajlara ehtiyac duyduğu bir dövrdə Nizaminin təlimləri toplanıb bəşəriyyət üçün dünya irsi kimi təqdim edilə bilər", - deyə Cavadi bildirib. O habelə iki ölkə prezidentləri tərəfindən imzalanmış mədəni əməkdaşlıq sənədlərinin münasibətlərin inkişafı üçün yol xəritəsi olduğunu deyib. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə isə İran və Azərbaycan arasında mədəni əlaqələrin iki xalqın yaxınlaşmasında mühüm rol oynadığını bildirib. Səfir son aylarda baş verən hadisələrin ikitərəfli münasibətlərin istənilən səviyyədə inkişafına imkan vermədiyini qeyd etsə də, mədəniyyət sahəsində əməkdaşlığın davam etdiyini nəzərə çatdırıb. Əlizadə bildirib ki, Azərbaycan tərəfi mədəni mübadilə proqramında nəzərdə tutulan razılaşmaların həyata keçirilməsinə hazırdır. O eləcə də İranın mədəniyyət və nəşriyyat nümayəndə heyətinin gələn ay Azərbaycanda keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirak edəcəyini də açıqlayıb. Səfir qarşıdakı aylarda Azərbaycandan da İrana mədəniyyət nümayəndə heyətinin səfərinin planlaşdırıldığını və həmin heyətdə Azərbaycan mədəniyyət nazirinin müavininin iştirakının təmin olunmasına çalışacağını bildirib.

Mənbə
oxu.az