İdman
"Kəpəz"in oyununda ardıcıl ikinci REKORD
Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümü çərçivəsində keçirilən IV turun "Kəpəz" - "Şamaxı" duelində yeni tamaşaçı rekordu qeydə alınıb. Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan bu qarşılaşmanı tribunadan 15 000 futbolsevər canlı izləyib. Qeyd edək ki, bundan əvvəlki ən yüksək göstərici də elə eyni arenada, III tur zamanı oynanılan "Kəpəz" - "Turan Tovuz" matçında qeydə alınmışdı. Həmin vaxt komandaların mübarizəsini 13 500 azarkeş izləmişdi. Xatırladaq ki, rekord sayda tamaşaçının izlədiyi bu görüşdə "Kəpəz" "Şamaxı"ya 1:4 hesabı ilə məğlubiyyətə uğrayıb.
Mənbə
oxu.az