Dünya

İran nüvə obyektlərinə BAEA əməkdaşlarının girişini məhdudlaşdırıb

07 Sep 2026, 14:20 2 baxış
İran nüvə obyektlərinə BAEA əməkdaşlarının girişini məhdudlaşdırıb
İran İslam Respublikası ABŞ və İsrailin bu ölkəyə hücumlarına cavab olaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələrinin nüvə obyektlərinə girişinə məhdudiyyətlər tətbiq edib. Oxu.Az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib. XİN rəsmisi mətbuat konfransı zamanı bildirib: "Qərb dövlətlərinin irəli sürdüyü tələblər tamamilə əsassızdır. Çünki BAEA-nın nüvə obyektlərinə buraxılmaması birbaşa olaraq ABŞ və İsrailin İranın nüvə mərkəzlərinə qarşı yönəlmiş cinayətkar və təcavüzkar əməllərinin nəticəsidir". İ.Bəqayinin sözlərinə görə, Avropa ölkələrinin İranın nüvə dosyesini yenidən BMT Təhlükəsizlik Şurasının (TŞ) müzakirəsinə çıxarmaq cəhdləri onların ötən payızda beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının sanksiyalarının bərpa edilməsi ilə bağlı verdikləri bəyanatlarla ziddiyyət təşkil edir: "Bu vəziyyət qeyd olunan mexanizmin (BMT TŞ-nin sanksiyalarının bərpası üzrə "snapback" mexanizmi nəzərdə tutulur) qanunsuz olması və tətbiqinin mümkünsüzlüyü barədə İran, Rusiya və Çinin tutduğu mövqeyin doğruluğunu sübut edir".
Mənbə oxu.az

Oxşar Xəbərlər