Cəmiyyət
bp rəsmisi: "2025-ci ildə metan emissiyalarında 0,02% göstəricisinə nail olmuşuq"
"Metan emissiyalarını və intensivliyini sıfıra yaxın səviyyədə saxlamaq 2050-ci ilə qədər olan "Xalis Sıfır" strategiyamıza çatmaq üçün çox vacibdir". Oxu.Az xəbər verir ki, bunu bp-nin SƏTƏM və Uyğunluq üzrə regional meneceri Anar Mansurov Bakı İqlim Fəaliyyəti həftəsi çərçivəsində keçirilən tədbirdə deyib. O bildirib ki, həddin təxminən 0.4% ətrafında olması nəzərdə tutulur: "Bu, sıfıra yaxın göstərici sayılır. 2025-ci ildə biz 0.02% göstəricisinə nail olmuşuq ki, bu da həmin həddən xeyli aşağıdır. Yəni metan emissiyalarının intensivliyi baxımından artıq sıfıra yaxın göstərici həddindəyik. Neft-qaz sektoru ümumi sənaye metan emissiyalarının təxminən 35%-ni təşkil edir və biz bu məsələni həll etməliyik. Beləliklə, mühəndislik hesablamalarından metan ölçmələrinin çoxsəviyyəli sisteminə keçdik", - A.Mansurov vurğulayıb.
Mənbə
oxu.az