İqtisadiyyat

AMB-nin valyuta ehtiyatları tarixi rekorda çatdı

07 Sep 2026, 14:50 2 baxış
AMB-nin valyuta ehtiyatları tarixi rekorda çatdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları məbləğində və ya 33% artaraq tarixi maksimuma - 15,3 milyard ABŞ dollarına yüksəlib.


Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə AMB məlumat yayıb.


"Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə cari ilin avqust ayında AMB tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib", - məlumatda deyilib.


AMB bildirir ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.


"Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq", - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər