Dünya

"Milliyet" qəzeti TDT-nin hədəflərindən və Azərbaycanın tarixi sınaqlarından yazdı

07 Sep 2026, 13:38 2 baxış
"Milliyet" qəzeti TDT-nin hədəflərindən və Azərbaycanın tarixi sınaqlarından yazdı
TDT ölkələri altı dövlət və bir millət olaraq ortaq bazara keçid, gömrük ittifaqı, pasportsuz səyahət, ortaq muzey kartı tətbiqi, əlifba birliyi və ortaq hərbi, təhlükəsizlik əməkdaşlığı istiqamətində axtarışlar aparırlar. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzetinin TDT-nin 30 oktyabrda baş tutacaq Zirvə görüşü ilə bağlı məqaləsində qeyd edilib. Bildirilib ki, bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər müxtəlif istiqamətlərdə əməkdaşlıq istiqamətində işlər görürlər. "Məqsəd dövlətlərin müstəqilliyini qoruyaraq qlobal güc mərkəzləri qarşısında güclü türk dünyası bloku yaratmaqdır. Fərqli təhdidlərlə mübarizə aparan Altı ölkənin vahid xarici siyasət formalaşdırması çətindir. Lakin çoxşaxəli siyasətlərdən hər kəs üçün fayda əldə etmək mümkündürmü? Bu, üzərində düşünülməli və düşünülən bir məsələdir. Bunlar siyasətin gündəmində olan mövzulardır. Lakin məsələnin digər tərəfi də xalqların bir-biri ilə yaxınlaşması, bir-birini tanımasıdır. Əslində, ən vacib olan da budur", - deyə məqalədə qeyd olunub. Qəzetdə dərc olunan yazıda TDT ölkələrinin bir vaxtlar sovetlərin parçası olduğu zaman sözügedən ölkələrdə baş verənlərə toxunulub. Yazıda Azərbaycan ədəbiyyatının və fikir dünyasının simvolik simaları olan şair Mikayıl Müşfiq, yazıçı-dramaturq Hüseyn Cavid, himnin müəllifi Əhməd Cavad, tarixçi və dilçi Vəli Xuluflu kimi minlərlə ziyalının güllələndiyi və ya repressiyaya məruz qaldığı vurğulanıb: "Bu dövrdə Azərbaycanda təxminən 70-100 min insan repressiyaların qurbanı olub. "Böyük təmizləmə" illərində - 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına keçid dəstəkləndi. Lakin Türkiyənin də latın əlifbasına keçməsindən sonra Moskva təşvişə düşdü və Türkiyə ilə əlaqələri kəsmək məqsədilə 1939-cu ildə kiril əlifbasına məcburi keçidi tətbiq etdi". Məqalədə qeyd edilib ki, Azərbaycanla Naxçıvanı birləşdirən və Türkiyə ilə birbaşa quru əlaqəsini təmin edən Zəngəzur bölgəsi sovet rəhbərliyi tərəfindən Ermənistana verildi: "Beləliklə, türk dünyasının coğrafi bütövlüyü fiziki olaraq parçalandı. 1990-cı ildə SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə həyata keçirilən 20 Yanvar qətliamı, fasiləsiz şəkildə istismar edilən neft və daha çox şeyi qeyd etmək olar". Həmçinin qeyd edilib ki, 29 oktyabrda xarici işlər nazirləri, 30 oktyabrda isə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü üçün dövlət başçıları Ankarada olacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər