Dünya
Uitkoff Putinlə ünsiyyətindən danışdı
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyəti ən yaxşı və yaddaqalan hekayələrindən biri adlandırıb. Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir. "Biz bu gün bu görüşü gözləyirdik və kabinetin qapısının qarşısında cənab Dmitriyev , cənab Uşakov, Cared və mən dayanmışdıq. Və biz təqaüdə çıxanda xatırlaya biləcəyimiz çoxlu hekayələrimizin olacağını və sizinlə ünsiyyətin ən yaxşı və ən yaddaqalan hekayələrdən biri olacağını danışırdıq", - deyə Uitkoff bildirib.
Mənbə
oxu.az