İdman
"Qarabağ"da daha bir gözlənilməz ayrılıq
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski komandadan ayrılıb.
Axar.az Offsideplus.az-a istinadən xəbər verir ki, tərəflər ayrılıq barəsində razılığa gəlib.
Polşalı qolkiperin karyerasını ölkəsində davam etdirəcəyi gözlənilir.
Məsələ ilə bağlı "Qarabağ"dan hər hansı rəsmi açıqlama verilməyib.
Mənbə
axar.az