Digər

Deputatdan xəbərdarlıq: Kiyevi tərk edin, hazır olun!

06 Sep 2026, 01:37 1 baxış
Deputatdan xəbərdarlıq: Kiyevi tərk edin, hazır olun!

Ukrayna hakimiyyəti nikbin vədlər verməyi dayandırmalı, qarşıdakı istilik mövsümündə vətəndaşları mümkün ağır sınaqlar barədə açıq şəkildə xəbərdar etməlidir.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Solomiya Bobrovska bildirib.


O, ukraynalıları arxayınlaşdırıcı açıqlamalara ümid etməməyə, əvvəlcədən öz təhlükəsizliklərini təmin etməyə və soyuq havalara məişət baxımından hazırlaşmağa çağırıb.


Deputat həmçinin vurğulayıb ki, insanlar riskləri real qiymətləndirməli və çətin şəraitdə sağ qalmaq üçün konkret tədbirlər görməlidirlər:


“Cəmiyyətə qış barədə həqiqəti danışmaq lazımdır, vədlərlə yola vermək yox. Hazırlaşın, ehtiyatlarınızı toplayın, Kiyevi tərk edin, odun alın”.


Onun sözlərinə görə, vətəndaşlar zəruri məişət ehtiyatlarını əvvəlcədən toplamalı, imkan daxilində isə müvəqqəti olaraq paytaxtdan çıxaraq yaşayış üçün daha əlverişli yerlərə getməyi nəzərdən keçirməlidirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər