Cəmiyyət
Azərbaycanda Əməkdar həkim vəfat etdi
Uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib. Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Vaqif Cəfərov 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub. 2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb.
Mənbə
oxu.az