İdman

"Bavariya" səfərdə qalib gələ bilmədi

05 Sep 2026, 23:51 3 baxış
"Bavariya" səfərdə qalib gələ bilmədi

Bundesliqanın 2-ci turunun mərkəzi qarşılaşmasında “Bavariya” səfərdə “Şalke 04” ilə üz-üzə gəlib.


Axar.az xəbər verir ki, qarşılaşmada hesab açılmayıb və görüş qolsuz heç-heçə ilə başa çatıb.


Münhenlilərin əsas rəqibi Dortmundun “Borussiya” klubu səfərdə “Hoffenhaym” üzərində qələbə qazanıb – 3:2. Ötən tur xal itirən “Bayer Leverkuzen” bu dəfə paytaxt təmsilçisi – “Union Berlin”i darmadağı edib - 4:0.


“Elversverq” səfərdə Mönxenqladbaxın “Borussiya” komandasına qalib gəlib – 4:3. “Verder Bremen” öz meydanında “Leypsiq” komandasını (3:1), “Frayburq” isə səfərdə “Paderborn”u (1:0) məğlubiyyətə uğradıb.


Qeyd edək ki, turun ötən gün oynanılan açılış matçında “Ştutqart” doğma divarlar arasında “Köln”ə böyük hesabla qalib gəlib – 4:1.


Tura bazar günü keçiriləcək “Hamburger” – “Mayns” və “Ayntraxt” – “Auqsburq” görüşləri ilə yekun vurulacaq.


İki turdan sonra Bundesiqada “Frayburq”, “Borussiya Dortmund” və “Elversberq” 6 xalla müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. “Bavariya” 4 xalla dördüncü sırada yer alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər