İdman

Ronaldu və Messi ilk dəfə eyni komandada oynaya bilərlər

05 Sep 2026, 23:48 3 baxış
Ronaldu və Messi ilk dəfə eyni komandada oynaya bilərlər
Futbol əfsanələri Kriştianu Ronaldu və Lionel Messi tarixdə ilk dəfə bir komandada oynaya bilərlər Oxu.Az bu barədə"The Sun" nəşrinə istinadən xəbər verir. Qeyd olunub ki, bu, argentinalı futbolçu Karlos Tevesin Buenos-Ayresdə keçiriləcək vida matçında baş tuta bilər. "Onların arasında əfsanəvi rəqabət formalaşıb: Ronaldu ilə Messi klub və milli komanda səviyyəsində bir-biri ilə 37 dəfə qarşılaşıblar. Lakin indi Argentinadan bu cütlüyün birlikdə oynaya biləcəyi barədə xəbərlər gəlir", - deyə nəşrin məlumatında bildirilir. Matçın keçirilməsi üçün ilkin tarix dekabr ayına təyin edilib. Teves futbolun ən böyük ulduzları arasında yaddaqalan qarşılaşma təşkil etməyi planlaşdırır. Qeyd edək ki, avqustun 31-də Lionel Messi Argentina millisindəki karyerasını başa vurub. Həmçinin avqust ayında Kriştianu Ronaldu 2026/27 mövsümünün onun futbolçu karyerasında sonuncu ola biləcəyini açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər