Dünya

Ronaldu komandasını məğlubiyyətdən xilas edə bilmədi

06 Sep 2026, 01:32 3 baxış
Ronaldu komandasını məğlubiyyətdən xilas edə bilmədi
Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldunun çıxış etdiyi "Ən-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda "Əl-İttihad"a 1:2 hesabı ilə məğlub olaraq cari mövsümdə ilk məğlubiyyətini yaşayıb. Oxu.Az xəbər verir ki, 41 yaşlı Ronalduo bütün matçı meydanda olsa da, məhsuldar fəaliyyətlə yadda qalmayıb. Qeyd edək ki, "Ən-Nəsr" cari mövsümdə ilk dörd görüşdə qalib gəlib və 12 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Ən-Nəsr" ötən mövsüm Səudiyyə Pro Liqasının qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər