Dünya
İtaliya A Seriyası: "İnter" "Napoli" ilə görüşdə geridönüş etdi - VİDEO
İtaliya A Seriyasının 3-cü turunda "İnter" və "Napoli" komandaları qarşılaşıblar. Oxu.Az xəbər verir ki, qarşılaşma İtaliyanın Milan şəhərindəki "Cüzeppe Meatsa" stadionunda keçirilən görüş gərgin mübarizə ilə yadda qalıb. Meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıblar.
"Napoli"nin hücumçusu Matteo Politano 50-ci dəqiqədə hesabı açıb. Üç dəqiqə sonra Rasmus Hoylund qonaqların üstünlüyünü iki topa çatdırıb. 57-ci dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines fərqi azaldıb. 82-ci dəqiqədə Markus Türam hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə Lautaro Martines dubl edərək yekun hesabı müəyyənləşdirib. İtaliya çempionatında üç oyundan sonra "İnter" 9 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. "Napoli" 3 xal qazanıb və 11-ci pillədə qərarlaşıb. Növbəti matçında "İnter" sentyabrın 14-də doğma meydanda "Udineze" ilə qarşılaşacaq. "Napoli" isə bir gün əvvəl ev oyununda "Bolonya"nı qəbul edəcək.

Mənbə
oxu.az