İdman

İstanbul derbisi : "Beşiktaş" "Fənər"ə qalib gəldi

05 Sep 2026, 23:27 1 baxış
İstanbul derbisi : "Beşiktaş" "Fənər"ə qalib gəldi

Futbol üzrə Türkiyə Superliqasında IV turun mərkəzi oyunu keçirilib.


Axar.az xəbər verir ki, "Fənərbağça" İstanbul derbisində "Beşiktaş"ı qəbul edib. "Şükrü Saraçoğlu" stadionunda oynanılan görüş qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.


Bu nəticə ilə xallarını 9-a çatdıran "Beşiktaş" 2-ci pilləyə yüksəlib. "Fənərbağça" isə 4 xalla 4-cü sırada qərarlaşıb.


Qeyd edək ki, turnir cədvəlinə 10 xalla "Qalatasaray" başçılıq edir.

Mənbə axar.az

Oxşar Xəbərlər