Dünya

Türkiyə Superliqası: İstanbul derbisinin qalibi "Beşiktaş" oldu - VİDEO

05 Sep 2026, 23:16 3 baxış
Türkiyə Superliqası: İstanbul derbisinin qalibi "Beşiktaş" oldu - VİDEO
Türkiyə Superliqasının 4-cü turunda "Fənərbağça" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Oxu.Az xəbər verir ki, "Chobani" stadionunda keçirilən İstanbul derbisində "qara qartallar" 1:2 hesabı ilə qalib gəliblər.

Matçda hesabı "Fənərbağça" açıb. Ev sahiblərinin heyətində 26-cı dəqiqədə Milan Şkrinyar fərqlənib. "Beşiktaş"a qələbə qazandıran qolları 38-ci dəqiqədə Rıdvan Yılmaz, 73-cü dəqiqədə isə Dusan Vlahoviç vurublar. Bu nəticədən sonra "Beşiktaş" xallarının sayını 9-a çatdırıb, "Fənərbağça"nın isə 6 xalı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər