Cəmiyyət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR - VİDEO

06 Sep 2026, 00:00 2 baxış
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR - VİDEO
Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümün hazırda kiloqramı iki manat 50 qəpik təşkil edir.

15 ildir bazarda şaftalı satışı ilə məşğul olan Yusif Əliyev deyir ki, ötən illərlə müqayisədə qiymət bu il daha yüksəkdir. Bildirildi ki, fəslin sonunda qışa hazırlıqla əlaqədar tərəvəzlərə tələbat çoxdur. Xiyarın kiloqramı isə bir manat 50 qəpikdir. Alıcılar da qiymətlərin yüksək olmasından gileylənirlər. Satıcılar bəzi məhsulların qarşıdakı günlərdə və ayın sonuna yaxın daha da bahalaşa biləcəyini deyirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər