Digər

Əmr verdim, Kiyevə zərbələr dayandırıldı - Putin

05 Sep 2026, 23:16 2 baxış
Əmr verdim, Kiyevə zərbələr dayandırıldı - Putin

Biz rəsmi kanallar vasitəsilə - həm kəşfiyyat xidmətləri, həm də Xarici İşlər Nazirliyi vasitəsilə - Kiyevə zərbələrin dayandırılması ilə bağlı müraciətlər aldıq. Mən müvafiq əmri verdim və bu gün gecə yarısından etibarən Kiyevə zərbələr dayandırılıb.


Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ağ Evin xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə Kremldə keçirdiyi görüşdə deyib.


O qeyd edib ki, Rusiya tərəfi Ukrayna ilə daha geniş atəşkəs barədə razılığa gəlməyib:


“Ukrayna hakimiyyəti üç günlük daha geniş atəşkəs elan edib, lakin biz bu barədə onlarla heç vaxt razılığa gəlməmişik. Amma danışıqlar prosesinin və sizin və bəlkə də sizi müşayiət edənlərin təmsil etdiyi vasitəçilərin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik".

Mənbə axar.az

Oxşar Xəbərlər