Mədəniyyət

Nemət Hüseynov keçmiş toylardan danışdı - VİDEO

05 Sep 2026, 00:36 3 baxış
Nemət Hüseynov keçmiş toylardan danışdı - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Əmircan sakini, qarmon ifaçısı Nemət Hüseynov olub. Əmircan toylarının özünəməxsus xüsusiyyətlərindən və köhnə adətlərdən danışan Nemət Hüseynov bildirib ki, Bakı kəndlərində toy mərasimləri müəyyən qayda-qanunlar üzərində qurulub.

Onun sözlərinə görə, əvvəllər toylarda musiqiyə, xanəndənin ifasına və qəzəllərin düzgün səsləndirilməsinə böyük məsuliyyətlə yanaşılırdı: "Musiqiyə həvəs və tələbat var idi. Xanəndə qorxa-qorxa oxuyardı ki, birdən qəzəli düz deməz". İfaçı günümüzdəki rəqs üslublarından və toy atmosferindən də danışaraq müasir rəqslərin milli ruha uyğun gəlmədiyini vurğulayıb: "Ad çəkməyəcəyəm. Milli üslubda oynamırlar. Mən çox dərinə getmək istəmirəm, etdikləri o hərəkətlər milli rəqs deyil".
Mənbə oxu.az

Oxşar Xəbərlər