Mədəniyyət

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi dövlət nəzarətinə götürülüb

04 Sep 2026, 19:19 2 baxış
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi dövlət nəzarətinə götürülüb
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. Oxu.Az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov "Instagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Əziz Murad! Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir. Xüsusilə, ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər