Dünya

KİV: Ukraynada hərbi bölmələrə atəşkəs əmri verilib

05 Sep 2026, 01:54 4 baxış
KİV: Ukraynada hərbi bölmələrə atəşkəs əmri verilib
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri sentyabrın 5-i saat 00:00-dan (Bakı vaxtı ilə saat 01:00 - red.) sentyabrın 8-i saat 23:59-dək (Bakı vaxtı ilə sentyabrın 9-u saat 00:59 - red.) döyüş təması xəttində sükut rejiminə riayət etmək barədə əmr alıblar. Oxu.Az bildirir ki, bu barədə "Ukrainskaya Pravda" nəşri müxtəlif istiqamətlərdə yerləşən bir neçə briqadadakı mənbələrinə və güc blokundakı yüksəkvəzifəli həmsöhbətinə istinadən xəbər verir. "Mənbələrin verdiyi məlumata görə, Müdafiə Qüvvələrinin bölmələrinə sükut rejiminə riayət olunması barədə tapşırıq daxil olub", - deyə nəşrin materialında bildirilir. Bununla belə, Ukrayna hakimiyyəti və ya hökumət rəsmiləri tərəfindən məsələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər