Dünya

"Twitter" adı uğrunda MƏHKƏMƏ: İlon Mask ilkin qələbə qazandı

05 Sep 2026, 01:36 4 baxış
"Twitter" adı uğrunda MƏHKƏMƏ: İlon Mask ilkin qələbə qazandı
ABŞ-nin Delaver ştatının məhkəməsi İlon Maskın "X" şirkətinin iddiası əsasında sosial media sahəsində fəaliyyət göstərən digər startapın "Twitter" adından istifadəsini ilkin olaraq bloklayıb. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Maskın şirkəti federal hakimi "Operation Bluebird" şirkətinin öz platforması üçün "Twitter" adından, eləcə də bu adla əlaqəli digər əmtəə nişanlarından məhkəmə prosesi başa çatana qədər istifadəsini qadağan etməyə razı sala bilib. Lakin "Twitter" sosial şəbəkəsinin simvolu olan kiçik mavi quş loqosunun istifadəsinin qadağan edilməsi tələbi hakim tərəfindən rədd olunub. Hakim eyni zamanda, "X" şirkətinin "tweet" sözü və mavi quş loqosu üzərində hüquqlarından imtina etdiyini də bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər