Cəmiyyət

Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO

04 Sep 2026, 12:58 4 baxış
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində hərəkətin təşkili dəyişdirilir. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonu ərazisində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə aparılan araşdırmaların nəticələrinə əsasən, Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə günün pik saatlarında yaranan nəqliyyat sıxlığının azaldılması üçün hərəkətin təşkilində dəyişikliklər ediləcək.

Dəyişikliklər çərçivəsində həmin ərazidə hərəkət zolaqlarının sayı artırılacaq, yol nişanları və nişanlanma xətləri yenilənəcək. Həmçinin Əttarlar küçəsindən yalnız sağa hərəkət etmək mümkün olacaq. Bundan əlavə, işıqforların iş rejimi optimallaşdırılacaq və əsas istiqamətdə yaşıl işığın müddəti artırılacaq. Dəyişikliklərin nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkətinə imkan verəcəyi bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər